Ürək ağrısına qarşı Qurandan hansı ayəni oxumaq lazımdır?
Sual:
üreyin ağrısını sakitleşdiren aye
Cavab:
Salam aleykum. Ağrını kəsmək üçün xüsusi bir ayə yoxdur, lakin ümumən Quran oxumaq və ya dinləmək möminlərə şəfadır. Uca Allah buyurur: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır!" (ər-Ra'd, 28). Bir səhabə bədənindəki ağrıdan Peyğəmbərə (salləllahu aleyhi və səlləm) şikayət etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona belə buyurdu: "Əlini bədənində ağrı hiss etdiyin yerə qoy! Sonra üç dəfə "Bismilləh" və yeddi dəfə "Əuzu billəhi və qudratihi min şərri mə əcidu və uhəziru" - (Hiss etdiyim və çəkdiyim ağrıların şərindən Allaha sığınıram) - de!" (Muslim, 4082). Həmçinin oxuyun: Quranla müalicə