Bədduanın qəbul olmaması üçün xüsusi bir dua varmı?
Sual:
Salamun eleykum size bir sualim var cox istediyim biri qelbimi qirdi ve men ona bed dua etdim ama indi pesmanam o bedduanin qebul olmamasi ucun xususi bir dua varmi?evvelceden cox sagolun
Cavab:
Və aleykum Salam. Bunun üçün xüsusi bir dua yoxdur. Lakin siz həmin insan üçün Allahdan xeyir diləyin, çünki Uca Allah xeyir duanı daha tez qəbul edir. O buyurur: "Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik". (Yunus, 11). Çalışın səbirli olun və dilinizi bədduaya alışdırmayın. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
İslam dini lənəti bəyənirmi?