Qurana əl basıb and içmək olarmı?

    25.02.2014
Sual: 
Salam aleykum. Qurani Kerime el qoyaraq and ichmek duzgundurmu?
Cavab: 

Aleykum salam. İslama görə Qurana yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) əlini Qurani Kərimə basaraq and içməmişdir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) etmədiyi və buyurmadığı bir şeyi etmək bidətdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Kim bizim dinimizdə olmayan bir şey icad edərsə, bu, ondan qəbul olunmaz".

Teqlər: 
Paylaş: