Saxlaya bilməyəcəyindən qorxan adam abort etdirə bilərmi?
Va aleykum Salam. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək haramdır. Ona görə də qeyd etdiyiniz səbəbə görə abort etmək böyük günahdır. Uca Allah yoxsulluğa düşməkdən ehtiyat edərək övladları öldürməyi qadağan etmiş və onların ruzisini verəcəyini vəd etmişdir. Uca Allah Qurani-Kərimdə uşaqların öldürülməsini ağır günah adlandırmışdır. Uca Allah buyurur: "Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır". (əl-İsra, 31). İslam alimləri abort etməyin də qətlin bir növü olduğunu söyləmişlər. Həmçinin oxuyun: Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?