Namazlarına səhlənkar yanaşanın cəzası nədir?

    06.11.2017
Sual: 
Assalamun aleykum 1sualim beledir:Hicabli qadin namazlarinda sehlenkarlig ederse cezasi nedir?2sualim:qadin namehrem kisi haqda dusunurse ve yaxud danisirsa gunahini basa dusub tovbe etmirse cezasi nedir?Allah teala onun bu boyuk gunahlarini bagislayarmi?Tovbe ucunde ne etmelidi.Evvelceden tesekkur Allah razi olsun.
Cavab: 
Va aleykum Salam.
1) Müsəlmanın namazlarına səhlənkar yanaşması günahdır. Uca Allah belə buyurur: "Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər". (əl-Maun, 4-5).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar. Namazlara səhlənkar yanaşıb onları vaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə bir nur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyana uğrayar. Belələri, Qiyamət günü Qarun, Firon, Haman və Ubey ibn Xələf ilə bərabər həşr olunarlar". (İmam Əhməd, 2/169). 
2) Sualınızın nədən ibarət olduğu tam aydın deyil. 
Paylaş: