Donuz olan yerdə namaz qılmaq olarmı?

    06.11.2017
Kimdən: 
Alim
Sual: 
Donuz olan yerdə namaz qılmaq düzgündürmü?
Cavab: 
Salam aleykum. Namazı ayaqyolu, qəbristanlıq, dəvə tövləsi, qəsb olunan və murdar yerlərdən başqa istənilən yerdə qılmaq olar. Əgər səcdə edəcəyiniz yer donuzun saxlandığı yer deyilsə, orada namaz qıla bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "...Bütün yer üzü mənə səcdəgah və pak edildi. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın...". (əl-Buxari "Namaz", 427). 
Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Hamam və məzarlıqdan (qəbirstanlıq) başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745)
Bəra ibn Azib (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulundan (salləllahu aleyhi və səlləm) dəvə tövləsində namaz qılmaq haqqında soruşdular. O (salləllahu aleyhi və səlləm), belə cavab verdi: "Dəvə tövləsində namaz qılmayın. Həqiqətən onlar şeytandandırlar". Sonra qoyun tövləsində namaz qılmaq haqqında soruşuldular. Cavabı isə belə oldu: "Orada namaz qılın. Həqiqətən qoyun bərəkətdir". (Əbu Davud, 479).
Teqlər: 
Paylaş: