Yazılan duanın Quran və ya ovsun olduğunu necə bilmək olar?

    08.11.2017
Kimdən: 
Sual: 
Salam.ailemizin bir üzvüne bir seyid dua yazib ki ustunde gezdirsin. Duani acib baxdiq ancaq quran yazisina cox benzemir. Onu nece bilmek olar ki qurandan yazilib yoxsa ovsun kimi bir seydi r?
Cavab: 
Va aleykum Salam. Ümumiyyətlə, dua yazdırıb üstündə gəzdirmək və bunu özlərini seyyid kimi qələmə verənlərin, mollaların və ya falçıların yanına gedərək etmək düzgün deyil. Üstündə gəzdirilən duanın istər Quran ayələri, istərsə də cızma-qara yazılar olmasının bu əməlin doğruluğuna heç bir haqq qazandırmır. Bu əməlin dində heç bir əsası yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə duanı oxumağı buyurmuş, yazılı şəkildə üstündə gəzdirməyi və ya onu harasa qoyub saxlamağı isə buyurmamışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bizim dinimizə aid olmayan bir şeyi özündən uydurub ona əlavə edərsə, o qəbul olunmaz".
Dərmanı cibdə saxlamağın heç bir faydası olmadığı kimi duanın da boyundan asmağın, paltara tikməyin də heç bir faydası yoxdur. Dua Allaha edilən müraciətdir. Biz dualarımızı yalnız üz tutaraq Allahdan istəməklə yerinə yetirməliyik. Uca Allah buyurur: ​"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60). Daha ətraflı: 
Teqlər: 
Paylaş: