Qibləni səhv təyin etdiyimə görə günah qazanırammı?

    08.11.2017
Kimdən: 
Gulnare
Sual: 
Salam xahus edrem cavablandirin cox narahatam men bu gune qeder bilduyim kimi gun batanla guncixanin arasi bilmisem qibleni namazibu qaydada qilmisam ancaq bugun telde komoasla basqa istiqamet gosterur
Cavab: 

Va aleykum Salam. Çalışın qibləni ancaq kompasla deyil, yaxınlıqda olan məscidin istiqaməti ilə təyin edəsiniz. Bu da mümkün olmasa, Bakıda yaşayırsınızsa təqribən saat 13:30 radələrində günəş düz qiblənin istiqamətində olur. Bu üsulla qibləni təyin edə bilərsiniz. Həmçinin, qibləni səhv təyin etdiyinizə görə üzülməyin. Dinimizə görə bilmədən və ya unudaraq xəta etmək üzürlü sayılır: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Həmçinin oxuyun: Qibləni necə təyin etmək olar?

Paylaş: