Qumar oynanılan yerdə işləmək olarmı?

    08.11.2017
Sual: 
Salam Aleykum.Sualim beledi men iwsizem iw tapa bilmirem hara gedirem iw yoxdu yada ele maaawdi ki hec serf elemir.atamda iwlemir.topaza iwci gotururler maawida yuksek yeni problemlerimi helle ede bilecek qeder maaw men orda iwci kimi iwleye bilerem?onceden tewekkur Allah razi olsun
Cavab: 
Va aleykum Salam. Buna bənzər oyunlar qumardan sayılır. Ona görə də belə yerlərdə işləmək günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Allah dua edin və Ondan sizə xeyirli iş yetirməsini istəyin. O buyurur: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Talaq, 2-3). Həmçinin oxuyun:
Ruzinin artması üçün nə etməliyik?
Teqlər: 
Paylaş: