Namazı möhürlə, yoxsa möhürsüz qılım?
Sual:
Salam Aleykum.siz möhürlə namaz qılmaq haqqında suallara cavab veribsiz. Mən özüm möhürlə qılıram. Ama verdiyiniz cvblardan sonra şüphə yarandı içimdə.youtubdaki mozidələrdə çox insan möhürlə qılınmalıdı deyilir. Nəyə inanacağımı bilmirəm. Amma Peyğəmbərlərimizdə möhürsüz qılıb. Xahiş edirəm cavablandırasz. Çox şüphə içindəyəm
Cavab:
Va aleykum Salam. Möhürlə namaz qılmaq haqqında şəriətdə heç bir səhih məlumat yoxdur. Bunları deyənlər mötəbər kitablardan səhih dəlillər gətirməlidirlər. Əks təqdirdə onların sözü götürülmür. Əksinə, mötəbər mənbələrdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) möhürsüz namaz qılması barədə bir çox səhih rəvayətlər varid olmuşdur. Peyğəmbərimiz Məhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun), onun səhabələri və onların ardıcılları da namazı möhürsüz qılıblar. Möhürlə namaz qılmaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən bidətdir. Bidət isə dində olmayan bir ibadəti dinə salmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir şeyi icad edərsə, o, rədd olunacaq". (Muslim, 1718).
Hər bir müsəlman dini məsələləri Muhəmməd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qoyub getdiyi yolla yaşamağa, Qurani-Kərim və səhih hədislərə əsaslanan, sonradan uydurulmuş yeniliklərdən uzaq olmağa çalışmalıdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 31). Daha ətraflı: