Dəfələrlə tövbə edib günaha qayıtdığıma görə Allah məni bağışlayarmı?

    11.11.2017
Kimdən: 
Sual: 
Salam necesiz men 3-4defe etdiyim emele gore tovbe etdim her defesinde yene etdim tovbem pozuldu qorxuram Allahdan uzr isdmeye bele qorxuram ki bagislamaz komey edin mene xais edrem
Cavab: 
Va aleykum Salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). 
Bəndə Uca Allaha qarşı nə qədər itaətkar olarsa, Uca Allah da onu o qədər nəfsinin şərindən və şeytanın vəsvəsəsindən qoruyar. Uca Allah buyurur: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2). 
Ona görə də çoxlu dua etmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu zikrləri çox etmək, namaz qılmaq, xeyirli əməlləri çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). 
Həmçinin, günaha aparan əməllərdən və insanlardan uzaq durmaq lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: