Namaz kimlərə vacibdir və namazda Allahın qarşısında necə dayanmalıyıq?

    26.02.2014
Sual: 
Salam aleykum. Namaz kimlere vacibdir ve insan namaz qilarken Allahin huzurunda nece olmalidir?
Cavab: 

Aleykum salam. Namaz qılmaq ağılı başında olan və həddi büluğa çatan hər kəsə vacibdir. Namazda mütiliklə dayanmaq lazımdır. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). 
"Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!), O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (əl-Mu'minun, 1-2). 

 

Teqlər: 
Paylaş: