Ərim başqa qadınlarla danışdığı üçün namazı tərk etmişəm...

    22.12.2017
Sual: 
Essalamueleykum yoldawim mene cox yalan daniwir meni sevdiyini deyir ama bawqa qizlarla daniwir men eveler namaz qilirdim yaxwi bir insan idim ama onun yalanlari meni her weyden soyutdu dine bagliligim cox azalib onun uzunden namaz da qila bilmirem cox fikirli oluram namazda cox sefler edirem ve buna gore namazi dayandirdim xaiw edirem mene yol gosterin ne ede bilerm.
Cavab: 
Va aleykum Salam. Əriniz başqa qadınlarla danışaraq sizin haqqınıza girirsə, bu böyük günahdır. Tövbə edib bu əməldən çəkinməsə, axirətdə bu əməlinə görə əzaba düçar ola bilər. Həmçinin bu, sizin başınıza gələn bəladır. Bəla gələndə namazları tərk etmək yox, əksinə daha çox namaz qılmaq və vəziyyətinizin düzəlməsi üçün Allaha yalvarıb-yaxarmaq lazımdır. İmanınız zəifləyibsə, imanınızı artırmaq üçün şəriətdə buyurulmuş vasitələrdən istifadə edin və duaların qəbul olduğu vaxtlarda ərinizin islah olması üçün Allaha çoxlu dua edin. Həmçinin, ərinizi səbr və əxlaqla, qəzəblənmədən haqqa dəvət etməyə çalışın. Bu barədə ayə və hədisləri ona çatdırın. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: