Başqasının əvəzinə namaz qılmaq olarmı?

    14.11.2017
Sual: 
başqasının yerinə namaz qilmaq olar? yeni hemin adamin adina men namaz qilim ama savabi onun adina yazilsin meselen anam namaz qilmir ama onun yerine men onuncun namaz qilmaq istirem ama savabi ona yazilsin cavab verseniz cox sevinerem
Cavab: 

Salam aleykum. Başqasının yerinə namaz qılmaq olmaz. Hər bir müsəlman namazı Allah qarşısında öz vəzifə borcu olaraq qılmalıdır. Hər kəsin əməli özünə aiddir. Bu xüsusda Uca Allah belə buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
"Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
"Hər bir kəs qazandığının girovuna çevrilir". (əl-Muddəsir, 38).
"...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21).
"Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir". (ən-Nisa, 111). 
Həmçinin oxuyun: Ölmüş insanın əvəzinə namaz qılmaq olarmı?

Teqlər: 
Paylaş: