Əqiq qurbanının ətindən uşağın ailəsi yeyə bilərmi?
Sual:
Salam aleykum.
Size bizim suallara cavab verib elm oyretdiyiniz ucun Allah razi olsun deyirem ve bu faydalı elmin ölumunuzden sonra da Sizin emel defterinizin açıq qalaraq Size savab qazandirmasini Aıəmlərin Rəbbinden arzu edirem.
Sualim belədir: Usaq anadan olduqda kəsilən əqiq qurbanının ətindən ailəsi də yeyə bilərmi.
Cavab:
Va aleykum Salam. Əqiq qurbanının ətindən uşağın ailəsi də yeyə bilər. Uca Allah buyurur: "Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!" (əl-Həcc, 28). Həmçinin oxuyun:
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?