Mübahilə günü oruc tutmaq olarmı?

    14.11.2017
Sual: 
mubahile gunu oruc tutmaq olar??
Cavab: 

Salam aleykum. Mübahilə - qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir lənətləşmə ayinidir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə və tərəflərdən heç biri məğlub olmursa, o halda son variant kimi mübahiləyə əl atırlar. Hər iki tərəf Allaha dua edir və lənətləşirlər ki, kim haqsızdırsa, Allah ona dərhal bəla göndərsin. Uca Allah buyurur: "Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək". (Ali-İmran, 61). Mübahilə çox məsuliyyətli bir addımdır. İnsan özünün haqlı olduğuna yəqinliklə inanmalıdır ki, belə bir duanı etsin. Ancaq mübahilə günü xüsusi olaraq oruc tutmaq bidətdir. Həmçinin oxuyun: Mübahilə günü nə deməkdir? 

Teqlər: 
Paylaş: