"Mübahilə günü" nə deməkdir?

    16.11.2015
Kimdən: 
Allahın bendesi
Sual: 
EsSalamunAleykum ve rehmetullah ve berekatuh.Allah sizlerden razı olsun.Mübahile günü nedir?
Cavab: 

Və aleykum Salam. Ali-İmran surəsinin 61-ci ayəsində vəsf edilən hadisəni bəzi məzhəblər "Mübahilə günü" adı ilə adlandırırlar. Uca Allah buyurur: "Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək". (Ali-İmran, 61). Lakin, nə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə səhabələri, nə də onların ardınca gələnlər bu günü bayram kimi və ya təm-təraqlı bir gün kimi qeyd etməyiblər. Biz müsəlmanların üzərinə düşən dinimzdə hər hansısa bir yeniliyə yol verməməkdir. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə dindən olan əməl bu gün də dindən sayılr. Onun dövründə dindən sayılmayan əməl, bu gün də dindən sayılmır. Həmçinin oxuyun: Bidət nədir?

Teqlər: 
Paylaş: