Hərbi xidmətdə verilən yeməklərin halal olmasını araşdırmaq lazımdırmı?
Sual:
Salam. Mən gələn ay hərbi xidmətə gedəcəm orada verilən toyuq ətinin halal olub olmadığını bilməsəm yeyə bilərəm yoxsa günahdır? Əvvəlcədən təşəkkürlər!
Cavab:
Va aleykum Salam. Allaha dua edirik ki, hərbi xidmətinizi sağ-salamat tamamlayıb öz evinizə qayıdasınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizə Qədr gecəsindən daha fəzilətli gecə haqqında xəbər verimmi? Ailəsinin yanına bir daha qayıtmayacağından qorxaraq təhlükəli ərazidə keşik çəkənin (keçirdiyi gecə)". (əl-Hakim, 24240).
Biz müsəlman ölkəsində yaşadığımız üçün getdiyimiz yerdə ətin necə və harada kəsildiyini araşdırmağa ehtiyac yoxdur. Belə olan halda "Bismilləh" deyib həmin əti yemək olar. Dinimizdə xırdaçılığa getmək və həddi aşmaq qadağandır. Daha ətraflı: