Qiyamət günü Allahı görə biləcəyikmi?

    27.02.2014
Sual: 
Salam aleykum. 1. Qiyamət günü insanlar Allahı görə biləcəklərmi? 2. İnsanların əllərinin içində (ovcunda) ərəb dilində sol əlində 81, sag əlində ise 18 yazılıb. 18+81=99. Qiyamət günü Allahın 99 adının olmasına əllər şahidlik edəcəkmi? İzaha geniş yer verseniz minnetdar olardim. Allah sizden razı olsun.
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?
      Lakin əldə olan cizgilərin və bunların Qiyamət günü Uca Allahın adlarına şahidlik etməsi barədə şəriətdə səhih bir məlumat yoxdur. Amma Qiyamət günü bədən üzvləri günahkarların əleyhinə şahidlik edəcək. Uca Allah bu barədə buyurur:
"Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.  Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!” (Fussilət, 19-20-21).
"Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir".
 (ən Nur, 24).

Teqlər: 
Paylaş: