Rükuda və səcdədə belin açıq qalması namaz batil edirmi?

    15.12.2017
Kimdən: 
məcnun
Sual: 
salam. bilmək istəyirəm kkki tukuda və ya səcdədə bel açıq qalarsa namaz batil olurmu?
Cavab: 
Və aleykum Salam.Uca Allah buyurur: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...". (əl-Əraf, 31). Ayə "ibadət zamanı övrət yerlərinizi örtün" mənası verir, çünki cahiliyyət zamanı Kəbəni lüt-üryan təvaf edərdilər. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah həddi-büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər". (İbn Məcəh, 655). Kişinin övrət yeri göbəklə diz arasında olan yerdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Göbəklə diz arasında olan yer övrətdir". (əl-İrva, 271). 
Övrət yeri açıldıqda bir neçə hal ola bilər:
a) Övrət yeri bilərəkdən açılarsa, bu halda namaz batil olur. Bu halda onun az və yə çox miqdarda olması, üstündən az və ya çox vaxt keçməsi heç bir əhəmiyyət kəsb etmir. İstənilən halda bu, namazı batil edir.
b) Övrət yeri az miqdarda səhvən açılarsa bu halda namaz batil olmur.
c) Övrət yeri çox miqdarda səhvən açılar və üstündən az vaxt keçərsə yenə namaz batil olmur.
d) Övrət yeri çox miqdarda səhvən açılar, və üstündən çox vaxt keçərsə bu halda namaz batil olur.
Qeyd: "Üstündən az və ya çox vaxt keçərsə" – dedikdə namaz əsnasındakı vaxt qəsd olunur". (əş-Şərhul-Mumti alə Zadul-Mustəqnəi, 2/167-168).
Namazda kişilərdə örtülməsi vacib olan yerlərdən biri göbəklə diz arasıdır. Hədisdə "Göbəklə iki diz arası övrət yeridir"- buyurulmuşdur. (İmam Əhməd, 2/18). Namaz qılarkən övrət yerlərinden biri açılarsa, dərhal örtdükdə namazı səhih sayılır. Bunda alimlər həmrəydirlər. Ancaq bir rükun yerinə yetiriləcək qədər bir zaman gözləyərsə, namazı pozular. Bunda da alimlərin ittifaqı var, lakin övrət yerləri təsadüfən açılarsa və açılmış hissə az isə və ya çox açılmasına baxmayaraq dərhal örtərsə, bu halda namaz qüvvədən düşmüş sayılmır. (əş-Şövkani, "Neylul-Əvtar", 2/68; İmam əş-Şafei, "əl-Umm", 1/77).
Teqlər: 
Paylaş: