Qadın digər qadınlara imamlıq edə bilərmi?

    15.11.2017
Kimdən: 
Arifə
Sual: 
As salam aleykum ve rehmetullahi ve bereketuh. ALLAHın izni ile sizin sayenizde bilmediklerimizi burdan öyrenirik. ALLAH sizden razı olsun ve sizi xeyirle mükafatlandırsın.əmin. Sualım beledir; iki ve ya daha artıq qadın namaz qıldığı halda, bir qadın digərlərinə imamlıq ede bilermi? Öncədən təşəkkürümü bildirirəm. Salam aleykum.
Cavab: 
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Qadınlar öz aralarında camaat namazı qıla bilərlər. Ancaq kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə (səfdə) durmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadınlar azan, iqamə, Cümə namazı və Cümə günü qüsl almaqdan məsul deyillər. Öz aralarında camaatla namaz qılanda imam olan qadın ön tərəfə çıxmadan birinci cərgənin ortasında dayanmalıdır". (əl-Beyhəqi "Sunənul-Kubra" 1/408). Həmçinin oxuyun: Camaat namazı
Teqlər: 
Paylaş: