Namaz qılarkən namazın vaxtı çıxarsa, namaz batil olurmu?

    15.11.2017
Kimdən: 
Anar
Sual: 
Salam. Namaz vaxtı çıxmamış namaza başlasaq və namaz qılarkən namazın vaxtı çıxarsa namaz batil olur? Əvvəlcədən təşəkkürlər!
Cavab: 

Va aleykum Salam. Səhih hədislərə əsasən kim namazın vaxtı çıxmamış namaza başlayar və namaz əsnasında namazın vaxtı çıxarsa, onun namazı səhihdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır. Kim günəş batmadan öncə Əsr namazının bir rükətini qılarsa, Əsr namazına çatmışdır". (Səhih əl-Buxari, 579). Həmçinin oxuyun:
Namazları namazın axır vaxtında qılmaq olarmı?
Namazı batil edən hallar

Teqlər: 
Paylaş: