Qolu yanan adam necə dəstəmaz almalıdır?

    27.02.2014
Sual: 
Salam aleykum. Sağ qolum yanıb, necə dəstəmaz almaq olar?
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda yanan yerə su vurmağa icazə verilmirsə, həmin yeri yaş əl ilə sürtmək olar. Yox, əgər sürtmək də sağlamlığa zərərlidirsə, onda həmin yerə toxunmadan dəstəmazı sona çatdırın. Ümumiyyətlə, dəstəmaz almaq çətinlik törədirsə, təyəmmüm ala bilərsiniz. Uca Allah buyurur: "...Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!" (əl-Maidə, 6).

Paylaş: