Ölən körpə sağ olan insanları görürmü?

    22.11.2017
Kimdən: 
Sevda
Sual: 
Salam.men daha evvelde sual vermisdim.oglum rehmete getmisdi 3 yas yarimda.xerceng xestesi idi.men onu her defe ziyarete getdikde o meni gorur?hiss edir?yeniki o getdikden sonra darixir orda?qebrde usuyur?biz bilmeden bizi gormeye gelir?men evvel tez tez gedirdim qebr ustune.ama artig gec gedirem bezi sebeblere gore.inciyer menim onu tez tez ziyaret etmediyim ucun?menim bele fikirlesmeyim gunahdirmi?o son nefesini verende men donub qaldim.aglaya bilmedim.gozlerim dolmusdu ureyin qan aglayirdi ama o yas axmirdi gozumden.ssadece diyirdimki o bir gunahsiz melek olub getdi en gozel yere.niye gore aglayim.men aglasam o pis olar.sizce bunlar duzgundur?ama onun cox ucun darixiram.unuda bilmiremonu.
Cavab: 
Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944). Quran və səhih hədislərə görə ölülər qəbir həyatına köçdükdən sonra dünya ilə əlaqələri kəsilir və dünyadakı insanları eşidib görmürlər. Uca Allah buyurur: "Dirilərlə ölülər eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara eşitdirən deyilsən!" (Fatir, 22).
"Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən". (ən-Nəml, 80).
Qəbirdə üşümək, darıxmaq, diriləri ziyarətə gəlmək, incimək, körpənin mələk olması və digər əsası olmayan şeylərə inanmaq düz deyil. Ölən üçün şiddətli şəkildə ağlamaq da olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291). Daha ətraflı:
Paylaş: