Biz öldükdə qohumlarımızı görəcəyikmi?
Sual:
Mən bilmek isteyeremki biz öldükde öz ölən qohumlarımızı göreceyikmi?Onlarla bir yerde olacayiq?Anami atami qardaşımı filan?
Cavab:
Salam aleykum. Bu məsələ ruhlarla bağlıdır və Allah bu haqda bizə az məlumat verib. Uca Allah buyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə az da olsa bu haqda məlumat vermişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Mömin öldüyü zaman rəhmət mələkləri ağ ipək (paltarda) gəlib ona deyərlər: "Allahın rəhmətinə çıx!" Onun ruhu bədənindən ən gözəl müşk iyi ilə çıxar. Onu bir-birinə ötürər, hamısı onu iyləyər və səma qapısına gətirərlər. (Mələklər) deyərlər: "Yerdən gələn bu gözəl iy nədir?" Səmaya qədər gələrlər və bu söz təkrarlanar. (Mömin) digər möminlərin ruhlarının yanına gələr. Onlar buna görə insanlar çoxdan görmədikləri yaxının görəndə necə sevinir elə sevinərlər. (Həmin möminə digər möminlər) deyərlər: "Filankəs neyniyir (Yəni, filankəs necədir)?" Mələklər deyərlər: "Ona icazə verin dincəlsin. Həqiqətən, o dünyada kədər içində idi". Ondan bir nəfər haqda soruşurlar, o isə deyir: "Axı, o adam (məndən qabaq) ölüb, sizə gəlib çatmayıb?!" Onlar deyərlər: "O, sığınacağı olan Haviyəyə aparıldı". Kafirə gəldikdə isə, onu əzab mələkləri əzab toxunduraraq çıxardar və deyərlər: "Allahın qəzəbi üçün çıx!" Onun ruhu bədənindən leş iyi qoxar kimi çıxar və onu yer qapısına apararlar". (İbn Hibban, 3014). Bu hədis də dəlalət edir ki, ölənlərlə bu dünyada olanlar arasında əlaqə kəsilib və onlar diriləri nə görürlər, nə də eşidirlər. Bu məsələyə qohumluğun aidiyyatı yoxdur. Çünki, bir qohum mömin, digəri kafir olsa, onlar bir yerdə ola bilməzlər. Həmçinin, oxuyun: Cənnətdə ailəmizlə birlikdə yaşayacağıq?