Cənnətdə ailəmizlə birlikdə yaşayacağıqmı?
Sual:
Salam aleykum. Sizden soz sorushmaq isteyirem? Cennetde tek yashayacagiq, yoxsa cem halinda? Yeni ailemizle birlikde?
Cavab:
Aleykum salam. Cənnətdə hər kəs Cənnətə düşən ailə üzvləri ilə birlikdə yaşayacaq. Uca Allah buyurur: "Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar. O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 19-24). Həmçinin oxuyun:
Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?
Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?
Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?
Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?
Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?
Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?