Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?

    15.05.2015
Sual: 
Salam aleykum. Men evliyem amma bashqa birini sevirem. Evlenmemishden qabaq da sevgili olmushuq. Sonra ayrildiq ve ikimiz de bashqalariyla evlendik. Amma hele de bir-birmizi sevirik ve axiretde qovushmagi arzulayiriq. Eger cennet qismet olarsa, biz axiretde qovushariq yoxsa yene yoldashlarimizla qalariq?
Cavab: 
Və aleykum Salam. Bu cür sevgi haramdır, insanı zinaya və axirət əzabına apardığı üçün onu unutmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Cənnət haram əlaqələrin davam etdirilməsi üçün yer deyil. Daha ətraflı: Haram sevgini necə unutmaq olar?

Səhih hədislərə görə qadın cənnətdə sonuncu həyat yoldaşı ilə birlikdə olacaq. Bu barədə Peyğəmbərə (salləllahu əleyhi və səlləm) aid bir hədis vardır. Peyğəmbərimiz (salləllahu əleyhi və səlləm) bu barədə belə buyub: "Hansı qadının, əri ölər və ondan sonra evlənərsə o, cənnətdə (dünyada olan vaxt nigahında öldüyü) son ərinin həyat yoldaşı olar". (Sahihul-Cəmi, 704).

Ummu Dərdanın əri Əbu Dərda öldükdən sonra Muaviyə ibn Əbu Sufyan (Allah onlardan razı olsun) evlənmək üçün ona elçi göndərdi. Ummu Dərda isə ona belə cavab verdi: "Mən Əbu Dərdadan (radıyəllahu anhu) eşitmişdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdi: "Hər bir əri ölmüş qadın, ondan sonra ərə gedərsə, cənnətdə sonuncu əri ilə bərabər olar". Buna görə mən Əbu Dərdanı (radıyəllahu anhu) sənə dəyişmək istəmirəm". (ət-Tabərani).
Həmçinin, Uca Allah buyurur: "Onlar üçün Axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 19-24).
Paylaş: