Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?

    30.05.2016
Kimdən: 
anonim
Sual: 
Maraqlandığım bir sual verəcəm sizə.Paylaşılan sözləri oxuyuram deyilirki -Hurilər Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır-Bəs həyatda ərin arvadı necə olacaq? yəni onlar yenə Cənnətdə ər və arvad olmayacaqlarmı?
Cavab: 
Salam aleykum. Qadının əri də Cənnətə düşübsə onunla birlikdə olacaq. Əks halda möminlərdən biri ilə evləndiriləcək. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar". (əl-Vaqiə, 35-37). Daha ətraflı: Əvvəllər sevdiyim qadınla cənnətdə bir yerdə ola bilərikmi?
Paylaş: