Baş vermiş bədbəxt hadisədən sonra özümü idarə edə bilmirəm...

    26.12.2017
Kimdən: 
Aytac
Sual: 
Salam axsaminiz xeyr derdimi kime deyim bilmirem tek Allah gorur bilir men son aylarda heyatimda agir tranma aldim ve get gede bu hadise mene cox pis tesir etdi heyatim xosbextlikden bedbext hadiseler baw verdi olum ve s.menim bawim pozulib herden yoldawima aglima ne geldi danisuram qacam ozumu oldurecem bele edecrm doy meni ve s cox agir sozler deyirem ve sonra pesman oluram.ele olanda deyirem sille vur onda ozume gelirem aglamaga bawlayiram.men niye ele cox cox agla gelmiyen seyler deyirem.ve yoldawom degir biliremki bunu sen demirsen ozumu gucle saxliramki ozuve gelesen xais edirem men ne edim axi niye ele oluram bu ne ola biler psixoloqa muraciet edim ya kime neye cox sagolun
Cavab: 
Va aleykum Salam. Adətən belə hallar şeytanın vəsvəsəsi ilə bağlı olur. Şeytanı isə Allaha yaxınlaşmaqla və dua etməklə uzaqlaşdırmaq olar. İnsanın Allaha yaxınlaşması psixoloji gərginlikdən qurtulmaq üçün ən böyük səbəbdir. Allah bəndələrinə qarşı mərhəmətlidir, onların belə hallarına görə qəzəblənmir, əksinə, ona dua edənləri çətinlikdən qurtarır, tövbə edənləri bağışlayır. Uca Allah buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml, 62). Həmçinin oxuyun:
Paylaş: