"Hilyəyi-Şərif" duası, "Yəmən Zirhi" daşı və 18000 aləm nədir?

    26.12.2017
Kimdən: 
V.Mamedov
Sual: 
Salam aleykum.Suallarimizi cavaplandirdiginiz ücün tesekkür edirem.Allah bu sayti acanlardan razi olsun(AMIN). 1.Peygemberimiz Hz.Mehemmed Mustafa(s.a.v)-"Hilyeyi serif" duasi haqqinda söyledikleri sözleri melumat vererdiz zehmet olmasa.Bu duanin menasi nedir.Özellikleri nelerdir? 2."Yemen zirhi-eqiq dasi" haqqinda Peygemberimiz(s.a.v) neler söylemisdir.Bu dua heqiqetenmi nezerden qoruyur? ve.s-bu suali aciq genis cavablandirardiz. 3.18 Min alem varmi? Bu haqda subutlar varmi? bunun menasi nedir?QURANI-KERIMDE bu haqda melumat varmi? Tesekkür edirem cox sag olun.
Cavab: 
Va aleykum Salam.
1. Quran və səhih Sünnədə belə bir dua bildirilməyib və bununla bağlı gələn rəvayətlərin hamısı zəif və ya uydurmadır. Quran və Sünnədə varid olan dualar üçün aşağıdakı kitablara baxa bilərsiniz:
2. Bu daşın möcüzəvi xüsusiyyətləri, onu gəzdirəni qoruması, guya Peyğəmbərin (salləllahu aleyhi və səlləm) onun haqda nə isə deməsi və digər xüsusiyyətləri xurafatdır və Allah qarşısında ən böyük günah sayılan şirkə yol açır. Həmçinin oxuyun: Bəd əlamətlərə inanma! 
3. 18000 aləm sufi mənbələrində mövcuddur, amma etibarlı mənbə sayılmır. Bu haqda Qurani Kərimdə bir şey deyilmir. Bütün canlı olanların hamısının özünəməxsus aləmləri var. Onlardan şüurlu olanları isə mələklər, insanlar və cinlər aləmidir. 
Teqlər: 
Paylaş: