Namaza iqamə verildikdə, fərz namazından başqa namaz qılmaq olarmı?

    15.11.2017
Kimdən: 
Teymur
Sual: 
As salamu aleykum. Bildiyiviz kimi zohr namazi 6 ruket sunnet ve dord riket farzdan ibaretdir. Eger men mescidde zohr namazin sunnetini qiliramsa, ve imam camaatla farzini qilmaqa bawliyirsa men ne etmeliyem? Kecen defe bilmedim neyniyim ve sunnet namazi yarimciq pozub camaata birlewdim. Bu duzdurmu? Allah razi qalsin
Cavab: 

Və aleykum Salam. Siz düzgün etmisiniz. Belə ki, fərz namazı qılmaq üçün iqamə verilirsə, siz sünnəni tərk edib camaatla qılınacaq fərz namazına qoşulmalısınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı) demişdir: "Namaz üçün iqamə verildikdə fərz namazından başqa namaz qılınmaz". (Muslim, 710; ət-Tirmizi, 419; İbn Məcəh, 1151).

Teqlər: 
Paylaş: