Allahın əs-Sittir adının mənası
əs-Sittir sözü örtən deməkdir. Allahın əs-Sittir adı Peyğəmbərin səhih hədisində zikr edilir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – bir kişinin açıq yerdə çimdiyini gördü. Bu səbəblə o, məscidin minbərinə qalxdı və Allahı həmd-səna ilə təriflədikdən sonra buyurdu: «Həqiqətən də, Uca Allah həlimdir, həyalıdır və örtəndir. O, həyalı olanları və eyibləri örtənləri sevir. Odur ki, sizlərdən bir kimsə (açıq yerdə) çimərkən övrət yerini örtsün.” (ən-Nəsai, 406).
əs-Sittir olan Allah qüsur və eyibləri örtəndir. O, bəndələrinin bir çox eyiblərini örtərək onları insanlar arasında rüsvay etmir.