Spirtli içkilər verilən mehmanxanada işləmək olarmı?

    04.01.2018
Sual: 
Salam aleykum.spirtli içki satan otelde işleyirem içkiynen heç bir temas yoxdu amma satildigin bilirem.burda işlemey olar?
Cavab: 
Va aleykum Salam. Hər bir müsəlman haram və günah olan yerlərdən mümkün qədər uzaq olmağa çalışmalıdır. Ancaq sizin qeyd etdiyiniz məkanda spirtli içikilərin alışına, satışına, daşınmasına və s. digər haram əməllərə qarışacağınız yoxdursa, bu halda orada işləməyinizdə bir maneə yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) içki ilə əlaqədar 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi "Alqı-satqı", 59; Əbu Davud "Əşribə", 2). Həmçinin oxuyun: Ruzinin artması üçün nə etməliyik?
Teqlər: 
Paylaş: