Ərimin mənimlə yaxşı davranmasına baxmayaraq, zina etməsini qəbul edə bilmirəm?
Sual:
Salam yoldasim mene xayenet edire 1 qadin deyil 2 deyil 3 4 ile men ozu deyir ki senin kimi qadin tapa bilmerem Ayrilmagda istemir deyir sensiz yasaya bilmerem amma men cox eziyet cekirem men yaxsida baxir sizce men ne edim ona vaxt verim duzler ya yox
Cavab:
Va aleykum Salam. Zina etmək böyük günahdır və Cəhənnəm əzabına aparır. Bunu edən həmçinin öz həyat yoldaşının haqqına girirək böyük günahlardan olan qul haqqı günahı ilə yüklənir. Ərinizə bu əməlin böyük günahlardan olduğunu və ondan çəkinməyin və ailə haqlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı Uca Allahın və Onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) əmrlərini, ayə və hədisləri oxuyaraq çatdırın. Ona bildirin ki, bu kimi günahları edən və ailə haqlarını yerinə yetirməyənlər dünyada və Axirətdə əzaba düçar ola bilərlər. Allaha çoxlu dua edərək nəsihətləri davamlı şəkildə və gözəl əxlaqla edin. Həmçinin ərinizi günahkar dostlardan uzaqlaşaraq, mömin insanlarla oturub-durmağa və məscidə getməyə təşviq edin. Sizin nəsihətləriniz fayda verməsə, sözünü eşidib dinlədiyi mötəbər insanlar da ona nəsihət etsinlər, son addım kimi isə hər iki tərəfdən böyüklər bir yerə yığışaraq məsələni həll etməyə çalışsınlar. Həmçinin oxuyun: