Ərimdən şübhələndiyimə görə onunla pis davranmağım günahdırmı?

    26.01.2018
Sual: 
Salam size bir sualim var, menim yoldasim basqa bir xanimla danisirdi sevgi menasinda men onun telefonundaki mesajlari gordum, cox soz sohbet dusmusdu evde, nece vaxdi ele bir sey gormurem sorusanda deyirki danismiram ama artiq men inanmiram cox supelenirem, menim ondan supelenmeyim gunahdirmi? Birde islamda qadin yoldasiyla ters danismaz, ama men mecbur oluram ters danismaga o meni basa dusmur eve cox gec gelir, gunahdirmi?
Cavab: 
Va aleykum Salam. Zəruri halları çıxmaq şərtilə kişinin naməhrəm qadınlarla danışması günahdır və zinaya aparır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813). Adətən belə hallar ibadətdən uzaq olan və İslam dininin əhkamlarına laqeyd yanaşan ailələrdə baş verir. İlk növbədə özünüz Allahın əmrlərinə itaət edərək ərinizi də namaz qılmağa və haramlardan çəkinməyə təşviq edin. Zinaya aparan bütün yollardan çəkinməyin vacibliyini ərinizə gözəl şəkildə izah edin. Həmçinin, heç bir zərurət olmadan kişinin evə gec gəlməsi qadının haqqına girməkdir və Qiyamət günü buna görə cavab verəcək. Hər bir halda siz ərinizlə yaxşı davranmağa və onu günahdan çəkindirməyə çalışın. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: