Sübh namazına vaxtında dura bilmirəm, sonra qəza edə bilərəmmi?

    11.01.2018
Sual: 
Mən Namaz qılmaq istəyirəm ama səhər tezdən dura bilmirəm namazı o birisi namaz qılanda qəza vermək olarm? Namaz vaxtlari alamağa vaxtım olmur? Cavab verində xahiş edirəm
Cavab: 
Salam aleykum. Hər bir namazı öz vaxtında qılmaq lazımdır, çünki Rəbbimiz bizə bütün namazları vaxtlı-vaxtında qılmağı buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ən xeyirli əməlin hansı olduğunu soruşanda, bunun vaxtında qılınan namaz olduğunu bildirmişdir. Namazları üzrsüz yerə qəza etmək isə böyük günahlardan hesab olunur. Namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz. Sübh namazına vaxtında durmaq haqqında buradan oxuyun:
Teqlər: 
Paylaş: