Dünyadan köçmüş anamın əvəzinə mən qurban kəsə bilərəmmi?

    29.01.2018
Kimdən: 
Müsəlman övladı
Sual: 
Salam akekum. Sualım belədir. Bilirəmki, yuxunu yozmazlar ancaq bu yuxu məni çox fikirləşdirdi. Anamı 3 aya yaxındırki,itirmişəm,5 ilə yaxın idiki yataq xıstəsi idi. Qırxına yaxın 2 gün qalmış yuxuda gördüm! Gördüm ölmüşəm,Anamda gülərək gəlib dodaqlarımdan öpüb deyir:qızım Cənnətdə görüşərik,deyib gedir! Halbuki mən hər Namazımda hər dualarımda deyirəmki:Anam Allah bizi Cənnətdə görüşdürsün.Bu sözü Anam yuxuda dedi.Birdəki Anamın salıxlnda 4 Qurbanı vardı,1 ehsanı birdə nəziri vardı. O Qurbanın 2 sini özü kəsdi qalanı qaldı. Rəhmətə gedəndən sonra Nəzirini vı ehsanını mən verdim qaldı 2 Qyrbanı onuda inşaAllah kəsəcəm.Bunu bilmək istərdimki,onları onun adından eləsəm qəbula keçərmi? Saxolun
Cavab: 
Va aleykum Salam. Siz ananızın kəsmək niyyətində olduğu qurbanı kəsə bilərsiniz. Bu, nəzir qismində olduğu üçün imkan daxilində kəsməniz vacibdir. Kim nəzir edib nəzirini yerinə yetirmədən öncə ölərsə, varisi onun əvəzinə nəziri yerinə yetirir. Bir nəfər anasının nəzirə niyyət edib, sonra vəfat etmə səbəbi ilə nəzirini yerinə yetirməməsi haqqında Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu. O isə belə dedi: "Onun əvəzinə nəziri sən ver". (Muslim, 3/1260/ №: 1638; əl-Buxari, 11/583/ №: 6698). Həmçinin oxuyun:
Paylaş: