Bəzən yalnız fərz namazlarını qılmaq doğrudurmu?

    17.11.2017
Sual: 
Salam. İndidən təşəkkür edirəm. Mənim sizə bir sualım var? Men namaz qılıram. 15 yaşım var. Ve elbetdeki hazirlıqlarada gedirem birden olur ki çatdıra bilmirem və təkcə fərz namazlarını qılıram buna göre heç nə olmazki? Bəzən də olrur ki müəllimimin evində qılıram ilkindi namazlarını. İçimdə vəsvəsə var mən bunu necə edimki getsin?
Cavab: 

Və aleykum Salam. Bu vəsvəslərə fikir verməyin. Uca Allahın vacib buyurduğu namazlar, gündəlik beş vaxt fərz namazlarıdır. Nafilə namazlarını qılmamaq da günah deyil, sadəcə bu namazları qılmayan əlavə savablardan məhrum olur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Qiyamət günü insan­ların əməllərindən ilk hesaba çəkilən namaz olacaq­dır. Uca Rəbbimiz yaxşı bildiyi halda mələklərinə buyuracaq: "Qulumun fərz namazlarına baxın, onları tam, yoxsa naqis olaraq qılıb?" Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Allah buyuracaq: "Baxın, qulumun nafilə namazları var­mı?" Əgər onun nafilə namazları olarsa, Allah: "Qulumun fərz namazlarını nafilə namazları ilə tamam­layın!" - deyə buyura­caq­dır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək". (Əbu Davud, 864). Daha ətraflı: Yalnız fərz namazlarını qılmaq doğrudurmu?

Teqlər: 
Paylaş: