İki yol arasında qalmışam. Hansı düzgündür?

    02.03.2014
Sual: 
Salam aleykum. Men iki yol arasinda qalmisham. Biri sunne biri shie. Amma bilmirem hansi doğrudur. Men ozum sunni namazini qilmaq isteyirem. Baxmayaraq ki, indi shie namazini qiliram. Amma meni valideynlerim qoymur. Bes men onlari nece razi sala bilerem? Xahiş edirem ki, mene gözel şekilde geniş ve etrafli başa salasız.
Cavab: 

Aleykum salam. Əvvəlcə özünüz namazın doğru qılınış şəklini İslamın səhih mənbələrindən ətraflı öyrənin. Muhəmməd Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı möhürsüz, əlləri bağlı və gün ərzində 5 vaxt qılmışdır. Siz valideyinlərinizə gözəl şəkildə izah edin ki, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə möhürlə, gündə 3 dəfə namaz qılınmayıb və bu, Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) sonra dində meydana gələn "bidət" (dində yenilik) sayılır. Allah sizə kömək olsun və sizə üçün asanlaşdırsın.

Teqlər: 
Paylaş: