Dini kəbinimiz olmadığına görə günah qazanırıqmı?
Sual:
salam men evliyem birde qizim var amma dini nikahimiz olmayib yoldasimla yasamaq gunahdirmi ve usaq haramdirmi ?
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa (məsələn, toy məclisində), bu elə bir növ kəbindir. Əgər bunların heç biri olmayıbsa və evlilik üçün islamda kəbinin vacib olduğunu bildiyiniz halda dini nikah olmadan ailə qurmusunuzsa, bu əməl günahdır. Yubanmadan tövbə etmək və şəri kəbin kəsdirməniz lazımdır. Həmçinin oxuyun: