Naməhrəm qızla münasibət səbəbilə namazı tərk etmişəm, necə qayıdım?

    13.01.2018
Kimdən: 
Gunahkar Qul
Sual: 
as salamu aleykum va rahmatullahi va barakatuh necesiz size olan suallarimi hemiseki kimi aydinliqla cavablamaqinizi isirem ALLAH rzasi ucun 1ci men ibadet ehli idim sonra ALLAH Subhenehu teala meni imtahana cekdi ve evde problemlerim oldu ibadetden uzaq qaldim imanimin azliqi neticesinde ve men namehremle tanis oldum ve sevdiyin dedi mende qarsiliqlidir dedim inandi ama indi cox pesmanam men ne edim? inanib mene ama men ayrilmaq istirem ibadetime qayitmaq istirem ALLAH wahidi nece pisem nece pesmanam xais edirem mene komek edin yol gosterin onunla evlenmeyimde mumkun deil cunki biraz problemi var namus cehetden InSaAllah cavab gozleyrem
Cavab: 
Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Dinimizdə yalnız evlənmək niyyəti ilə sevmək icazəlidir. Digər bütün hallarda bu, böyük günah olan zinaya aparır. Həmin qadında qeyd etdiyiniz kimi problemlər varsa, onu unutmaq, bu əmələ görə peşman olub tövbə etmək və namaza başlamaq lazımdır. İmanı artırmaq üçün bütün vasitələrdən istifadə edin ki, şeytan sizə vəsvəsə verərək günah əmələ qaytara bilməsin. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 53-54). Daha ətraflı:
Teqlər: 
Paylaş: