Ərim qazandığı pulu atasına verir və bizim ehtiyaclarımızı ödəmir...

    07.02.2018
Kimdən: 
Aytekin
Sual: 
Salam.menim 1 sualim var.biz qaynanamgilnen 1 yerde qaliriq. Ama hem maddi hem menevi eziyyet cekirm.yoldasim boyuk oglandi ama 2 ildi yanlarindayq.balaca qaynim nisannidi hele.yoldasm il boyu ne qazansa qepiyine qeder atasina verir. Meni ovladimizi dusunmur ancaq ata,ana.men deyirm daha dozenmirm burdan cixaq ona da agzina gelen her sozu deyir mene cox acilayib narahat edir.1 oglum var 2cine hamileyem. Ne edeceyimi bilmirm. Artiq sebrim qalmayib.ama yoldasimida basa sala bilmirm. Deyirm bosanacam daha qalanmirm deyir bosanirsan bosan men ata anamla qalacam.mene bir yol gosterin ne etmeliyem???
Cavab: 
Va aleykum Salam. Dinimizə görə kişi öz həyat yoldaşının və övladlarının ehtiyaclarını imkan daxilində ödəməyə çalışmalıdır. Həmçinin əgər imkan varsa, qadın öz ərindən ayrıca evdə yaşamağı tələb edə bilər. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Qiyamət günü hər kəs bu haqlar barəsində sorğu sual olunacaq. Daha ətraflı: Qul haqqı barədə 
Uca Allahın əmrlərini səbrlə və əxlaqla ərinizin kefinin yaxşı olduğu vaxtlarda ona çatdırın. Belə hallarda dərhal boşanma fikrinə düşmək lazım deyil. Qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir. Bu səbəbdən səbirli olun, ailənizi dağıltmayın və vəziyyətinizin düzəlməsi üçün namazlarınızda və gecənin üçdə birində səmimi qəlbdən Uca Allaha dua edin. Həqiqətən duanın açmadığı heç bir bağlı qapı yoxdur. Həmçinin oxuyun: 
Paylaş: