Zina və istimnadan əl çəkə bilməyən insan nə etməlidir?

    07.02.2018
Sual: 
Salam bir insan hem allaha inanib hem zina edim her defede pesman olursa ancaq qarsisini ala bilmirse, hemde omonizm edirse bunun gunahi nedirve ne etmeli
Cavab: 
Va aleykum Salam. Dediyiniz şeydən qurtulmağın yolunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə belə bildirmişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır".  (İbn Məcəh "Nikah", 1). Həmçinin gözünüzü haramdan çəkin, harama baxmağa şərait yaradan vasitələrdən uzaqlaşın və şeytanın bu cür vəsvəsələrindən qorunmaq üçün Allahı çox zikr edin. Daha ətraflı:
Paylaş: