Bütün hərəkətlərimizə görə sorğu-sual ediləcəyikmi?

    09.02.2018
Sual: 
Salam cvblandirdiginiz ucun təşəkkur edirem bizim hər hərəkə timizə görə sorgu sual edileceyikmi mes. Ev işləri uşaga baxmaq yuyunmaq və s. Birdə saclari utulemek gunahdir ??
Cavab: 

Va aleykum Salam.

1. Şübhə yoxdur ki, insanın pis, yaxşı bütün söz və hərəkətləri əməl dəftərində qeyd olunur: "(İnsanın) sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır). Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın". (Qaf, 18).
"Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır". (əl-Qamər, 52-53).
"Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız". (ən-Nəhl, 93). 
"(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər". (əl-Ənbiya, 23).
"Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın". (Yunus, 61).
Ev işlərilə məşğul olmaq, ərin, övladların qeydinə qalmaq, qayğısını çəkmək də və s. qadının ailəsi üzərində olan vəzifələrdən biridir və buna görə də savab qazanır. Çünki Uca Allah hər bir edilən yaxşılığın əvəzini mütləq verəcək: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8).
"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər". (əl-İsra, 13-14). 
"O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır...". (Ali İmran, 30).
 Həmçinin oxuyun: 
2. Qadının saçlarını ütüləməsi də günah deyil və hətta bunu əri üçün bəzənmək niyyətilə edərsə, savab da qazanar, çünki əri üçün bəzənmək qadının ərinin qarşısında olan vəzifələrindəndir. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qadınların ən xeyirlisi ərinin baxdığı zaman onu sevindirən, əmir etdiyi zaman itaət edən, ərinin xoşuna gəlməyən şeylərdə ona qarşı çıxmayan qadındır". (ən-Nəsai "Nikah", 14).
Ancaq naməhrəmlərə göstərmək, onların yanında gözəl görsənmək niyyətilə edərsə, günah qazanar. Həmçinin oxuyun: Hicab - azadlıqdır!
Teqlər: 
Paylaş: