Ətrafımda olan insanları haqq yola necə dəvət edim?

    09.02.2018
Kimdən: 
Sanan
Sual: 
Salam aleykum. bidet ehlini en gozel sekilde nece devet ede bilerem? Qeyd. Getirdiyim subutlar, isbatlar onalara bes etmedikde ve bununla yanasi hemcinin demek istediyim ozumun de elmi delil getirmeye gucum yoxdur. Sade dil ile nece devet edim? ( dostlarimdan, yaxinlarimdan ekseriyyet hisse bidet ehlinin yolundadir)
Cavab: 
Va aleykum Salam. Dəvət edən insan dəvət etdiyi sahədə müəyyən qədər elmli olmalıdır. Həmçinin yaxşı əməlləri tövsiyə edib pis əməllərdən çəkindirən kəs tövsiyə etdiyinə özü də əməl etməli, qadağan etdiyindən özü də uzaq olmalı, tövsiyə və qadağalarında ədalətə riayət etməli, tövsiyə və qadağalarında mülayimlik yolunu seçməli və dəvət etdiyi adamın islahı, haqqa yönəlməsi üçün Allaha dua etməlidir. Uca Allah buyurur: "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi). Yəni, yalnız bu dörd sifətə yiyələnən insan zərərdən çıxa və xeyrə nail ola bilər.
1. İman gətirmək. 2. Yaxşı əməllər etmək. 3. Dəvət etmək, haqqı çatdırmaq. 4. Səbr etmək. Ona görə də siz elm öyrənməli, hikmət və əxlaqla haqqa dəvət etməlisiniz. Həmçinin oxuyun:
Paylaş: