Rusiyada müsəlman satıcıdan alınan əti yemək olarmı?

    16.02.2018
Kimdən: 
Vefa
Sual: 
Salam.Men Rasiyada yasayiram.Muselman satan eti alsam halal sayilir ama nece kesildiyi haqqda melumatum yoxdu duzgundu onu yemek.evvelceden tesekkur.
Cavab: 
Va aleykum Salam. Əsas məsələ əti kimin satması yox, heyvanı kimin kəsməsi və hansı qaydada kəsilməsidir. İmkan daxilində həmin ölkədə yaşayan müsəlmanlardan ət almağa çalışmaq lazımdır. Bu mümkün olmasa, kitab əhlindən (xristian və yəhudilər) olan hər bir kişi və qadının kəsdiyi heyvanın ətini yemək olar və araşdırma aparmağa ehtiyac yoxdur, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dində xırdaçılığa gedərək həddi aşmağı qadağan etmişdir. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də kitab əhlinə halaldır". (əl-Maidə, 5). İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Ayədə kitab əhlinin yeməkləri deyildikdə, onların kəsdikləri heyvanlar nəzərdə tutulur". (əl-İrva, 2528; əl-Buxari, 9/636). 
Amma heyvanın boğazı kəsilib qanı axıdılmadan, elektrik cərəyanı, küt alətlə vurularaq və ya digər şəriətə zidd üsullarla öldürülüb sonra kəsildiyini dəqiq bilirsinizsə, bu halda həmin əti yemək haramdır. Bəzi qeyri-müsəlman ölkələrində heyvanın boğazının kəsilərək öldürülməsi qadağan olunmuşdur, belə halda, heyvanın haram yolla kəsilməsi əvvəlcədən dəqiq bilindiyi üçün həmin ölkədə əti yalnız müsəlmanlardan almaq lazımdır. Həmçinin oxuyun:
Paylaş: