ət-Tövbə surəsi 105-ci ayə ilə bağlı sualımı niyə cavablandırmırsınız?

    04.03.2014
Kimdən: 
ssss
Sual: 
Salam aleykum. Menim sualma niye cavab vermirsiz? Sizden et Tovbe suresinin 105-ci ayesi haqqinda sorushmushdum. Siz ise dediniz ki, peygember zamanina aiddir. Axı, bu ayede xitab butun insanlaradi... Meger Quran butun zamanlar ucun deyil?! Butun insanlar deyilir axı orada...
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "De: "İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir" (ət-Tövbə, 105). 
      
Burada xitab bütün insanlara aid deyildir. Ayədə xitab o vaxt olan möminlərə aiddir. Məgər ayədə bütün insanlar yazılıb? Xeyr, ayəyə diqqətlə baxın. Ayədə xitab bütün insanlara deyil, məhz Peyğəmbərin sallallahu aleyhi və səlləmin vaxtında olan möminlərə xitab olunub. Bu ayəni təfsir alimləri bu cür izah ediblər. İbn Cəririn təfsirinə baxa bilərsiniz.

Teqlər: 
Paylaş: