Kişi boşanmağa razılıq vermirsə, necə boşanmaq olar?

    11.03.2018
Sual: 
Salam evli birinle kebin kesdirib evlenmek niyetile birlikde oldux görürem bizimki alınmır men kebini pozdurmak isteyirem oğlan razılık vermir neçe ede bilerem?
Cavab: 

Va aleykum Salam. Səbəbsiz yerə boşanma tələb etmək böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672; Əbu Davud, 2209). Kəbinin pozulması üçün isə kişinin talaq verməsi lazımdır. Kişi qadını boşamadıqda, qadın xulu talağı tələb edə bilər. Xulu talağı - qadın ona düşən mehri ərinə qaytarıb ərindən boşanmağı tələb etməyinə deyilir. Əgər ər razılaşmasa, məhkəməyə müraciət edilir və necə xeyirlidirsə, o cür həll olunur. Həmçinin hər iki tərəfdən ağsaqqallar da yığışaraq məsələni həll edə bilərlər. Həmçinin oxuyun:
Qadın cahil həyat yoldaşından boşanma tələb edə bilərmi? 

Teqlər: 
Paylaş: