Həyatımda qəribə hadisələr olur, bu nədəndir?

    24.02.2018
Kimdən: 
Lamiyye
Sual: 
Salam,Son iki ildir düşündüklerim (hadisə,ehtiyac,şexs və s) qarışma çıxır. Bu aşırı derecededir.Meselen hansısa bir ehtiyacımı düşünürəm,Qısa zaman da yaxınlarım terefinden alınır.Ve ya çoxdan görmediyim kimise görmeyi isteyirem,az bir zaman da onla rastlaşıram.Bunu türk hoca sından soruşduqda O Mende enerji alanımın genişlenmesini bildirdi.Özüm isə rahatsız oluram ki belke mene cin müsallat olub? Xahiş edirem mənim sualımı cavablandırasız.evvelcedən Teşekkür edirem.
Cavab: 
Və aleykum Salam. Danışdığınız bu qeyri-adi hallar şeytanın fikirlərinizə qarışmasından meydana gələ bilər. Bəzi insanlar bu cür hallara mübtəla olduqda bunu özləri üçün xüsusi bir üstünlük, xüsusi bir qabiliyyət olduğunu düşünürlər. Lakin müəyyən vaxt keçdikdən sonra onun necə ağır fəsadlar gətirdiyi aşkar olunur. Bu hallar nə qədər cəlbedici görünsə də belə onu özünüz üçün normal hesab etməyin və ona meyl etməyin. Sizə şeytandan qorunmaq və fikirlərinizi qaydaya salmaq üçün burada yazılanlara əməl etməyi məsləhət görürük: Cadudan necə qorunmaq olar?
Teqlər: 
Paylaş: