Gəlinin ayağı altında qurban kəsmək düzgündürmü?
Sual:
toyda gəlinin ayağı altında qurban kəsilməsi İslam baxımından necə qiymətləndirilir?
Cavab:
Salam aleykum. Əgər qurban Allah üçün kəsilirsə, burada bir qəbahət yoxdur. Amma gəlini ucaltmaq və ya Allah üçün deyil, gəlin üçün qurban kəsilirsə, bu Allaha şərik qoşmaq sayıldığı üçün icazəli deyil, çünki Allaha şərik qoşmaq ən böyük günahdır. Daha ətraflı: Şirk nədir?